Almaniyada inflyasiyanın artım tempi qismən zəifləyib | Banco.az

Almaniyada inflyasiyanın artım tempi qismən zəifləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avqust ayında Almaniyada illik inflyasiya 6,1 faizə düşüb.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) avqust ayı üzrə qiymət artımları ilə bağlı aparıcı məlumatları dərc edib.

Məlumatlar göstərir ki, iyulda 6,2 faiz olan illik inflyasiya bu ay 6,1 faizə geriləyib. İqtisadçılar inflyasiyanın 6%-ə düşəcəyini gözləyirdilər.

Ölkədə inflyasiyanın aylıq artım tempi isə 0,3 faiz təşkil edib.

Qeyd edək ki, enerji və ərzaq qiymətləri Almaniyada aylardır ki, inflyasiyasının aparıcı qüvvələri hesab edilərkən, bu ay da ərzaq qiymətləri bu mövqeyini saxlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram