“Qazprom”un xalis mənfəəti ilk yarımillikdə azalıb | Banco.az

“Qazprom”un xalis mənfəəti ilk yarımillikdə azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Qazprom”un xalis mənfəəti birinci yarımillikdə azalıb.

Banco.az xəbər verir ki, Rusiyanın enerji şirkəti “Qazprom”un xalis mənfəəti cari ilin ilk yarımilliyində ötən ilin eyni dövrü ilə müqayisədə 88 faiz azalaraq 296 milyard rubla (təxminən 3 milyard dollar) düşüb.

Sözügedən azalmaya səbəb rublun dollar və avroya nisbətdə ucuzlaşması olub.

Açıqlamaya görə, şirkət sözügedən dövrdə 4,1 trilyon rubl (təxminən 43 milyard dollar) gəlir əldə edib.

Açıqlamada həmçinin “Qazprom”un Avropaya göndərdiyi təbii qazın miqdarındakı azalmanın Çinə təbii qaz ixracatındakı artımla "qismən kompensasiya edildiyi" bildirilib.

Xatırladaq ki, Avropanın bir çox ölkəsi Ukraynadakı müharibəyə görə Rusiyadan qaz idxalını dayandırmaq və ya azaltmaq qərarına gəlmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram