Azərbaycanın Sinqapura ixracı 79 dəfə artıb | Banco.az

Azərbaycanın Sinqapura ixracı 79 dəfə artıb

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanla Sinqapurun ticarət dövriyyəsi 98 milyon 935 min dollar təşkil edib.

Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstəricinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4.8 dəfə və ya 78 milyon 451 min dollar çoxdur.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan Sinqapura ixracın həcmi 79 dəfə artaraq 88 milyon 51 min dollar, Sinqapurdan ölkəyə ixracın həcmi isə 44% azalaraq 10 milyon 883 min dolar təşkil edib.

Xatırladaq ki, Azərbaycanın Sinqapura ixracının 99.6%-ni xam neft məhsulu təşkil edib. Belə ki, cari ilin ilk 7 ayından Azərbaycandan Sinqapura 87 milyon 786 min dollar dəyərində 138 min 338 ton neft ixrac edilib.

Ən sərfəli kredit üçün müraciət et

Apa

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram