Azərbaycan Türkiyəyə ən çox qaz ixrac edən ölkə olub | Banco.az

Azərbaycan Türkiyəyə ən çox qaz ixrac edən ölkə olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin iyun ayında Türkiyənin təbii qaz idxalı illik müqayisədə 39,2% azalaraq təxminən 2 milyard 332 milyon 420 min kubmetrə enib.

Banco.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu məlumat yayıb.

Qeyd edilib ki, hesabat dövründə ən çox təbii qaz Azərbaycandan idxal edilib. İdxal edilən qazın həcmi 743 milyon 680 min kubmetrə bərabər olub. Türkiyənin ikinci ən çox qaz idxal etdiyi ölkə Rusiya (707 milyon 520 min kubmetr), üçüncü isə İran (419 milyon kubmetr) olub.

Rusiyadan təbii qaz idxalı 58,1%, İrandan idxal 50,9% azalıb, Azərbaycandan idxal isə təxminən 2% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et