Müəllif: Gülnar Əhmədli, Banco.az
İyul ayında Azərbaycanda fəaliyyət göstərən bankların əmanət portfeli 0.7% azalıb. Əmanət portfelinin 53.5%-i (6,645.6 mln. manat) müddətli əmanətlərdən ibarət olub.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hüquqi şəxslərin tələbli depozitləri 15,816.4 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 81.5%-ni təşkil edib.
Məlumata görə, fiziki şəxslərin əmanətlərinin dollarlaşması iyul ayında ilin əvvəlinə nəzərən 2.8 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 3.5 faiz bəndi azalaraq 36.4% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!