Müəllif: Tamara Mustafayeva, Banco.az
İyul ayında Yaponiyada işsizlik nisbəti artım göstərib.
Banco.az xəbər verir ki, Yaponiya Daxili İşlər Nazirliyinin çərşənbə axşamı yaydığı bəyanata görə, ölkədə işsizlik nisbəti 2,7 faizə yüksəlib.
İqtisadçılar bu nisbətin 2,5 faiz səviyyəsində dəyişməz qalacağını gözləyirdilər.
Beləliklə, ötən 4 ay ərzində həddindən artıq sərbəst pul siyasəti həyata keçirən Yaponiyada işsizlik ilk dəfə artım göstərib.
Qeyd edək ki, iyun ayı ilə müqayisədə məşğul əhalinin sayı 100 min nəfər azalarkən, işsizlərin sayı 110 min nəfər artıb. Qadınlar arasında işsizlik nisbəti bütün yaş qruplarında artsa da, 45-54 yaşlı və 15-24 yaşlı kişilər arasında isə azalıb.
Öz iradəsinə zidd olaraq iş yerini tərk edənlərin sayı da sözügedən dövrdə 50 min nəfər artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!