VTB (Azərbaycan) Red Bull Half Court basketbol oyunlarının rəsmi tərəfdaşı olub. Turda 70 milli komanda iştirak edib, onlardan ikisi sentyabrda Serbiyada keçiriləcək finalda iştirak etmək imkanı əldə ediblər. Kişlər komandaları arasından «Polukhinski Pereulok», qadınıar komandaları arasından isə «Neftçi».
Turnir meydançası VTB (Azərbaycan) bankının və Milli Basketbol Federasiyasının dəstəyi ilə təşkil olunub.
«VTB (Azərbaycan) milli idmanı, o cümlədən peşəkar idman növlərini fəal şəkildə dəstəkləyir. Belə ki, ötən ilin noyabrında bankla Azərbaycan Basketbol Federasiyası arasında tərəfdaşlıq müqaviləsi imzalanıb və ona əsasən bankımız Azərbaycan Basketbol Liqasının rəsmi sponsoru oldu. Red Bull Half Court turniri mötəbər beynəlxalq idman tədbiridir və biz onun bir hissəsi olmaqdan məmnununluq hissi duyuruq», - deyə VTB (Azərbaycan) şirkətinin idarə heyətinin üzvü, pərakəndə biznesin inkişafı departamentinin direktoru Yevgeni Borodin bildirib.
Red Bull Half Court planetin ən qlobal stritbol turniridir. Basketbolun ən sürətli versiyası olan 3x3 oyunlarında əsas məqam rəqibin müdafiəsini qırmaq və qeyd olunan vaxtda ən çox səbətə top ataraq maksimum xalları toplamaqdır. Matç 10 dəqiqə və ya komandalardan biri 21 xal toplayana qədər davam edir.
Məlumat üçün:
Azərbaycan Basketbol Federasiyası 1992-ci ildə yaradılıb. 1994-cü ildə Beynəlxalq Basketbol Federasiyasının tamhüquqlu üzvü oldu. 2006-cı ildə Azərbaycanın kişilərdən ibarət komandası Albaniyada keçirilən FİBA Avropa İnkişaf Kubokunda iştirak edərək birinci yeri qazanıb. Hazırda Azərbaycan Basketbol Liqasında 8 komanda təmsil olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!