Norveçdə dünyanın ən böyük üzən dəniz KES-i istismara verilib | Banco.az

Norveçdə dünyanın ən böyük üzən dəniz KES-i istismara verilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünyanın ən böyük üzən dəniz külək elektrik stansiyası (KES) olan “The Hywind Tampen”in rəsmi açılışı baş tutub.

Banco.az xəbər verir ki, mərkəzi ofisi Norveçdə yerləşən “Equinor” enerji şirkəti tərəfindən edilən açıqlamaya görə, ümumi quraşdırılmış gücü 88 meqavat olan sözügedən elektrik stansiyasının ildə 200 min ton karbon emissiyasının qarşısını alması gözlənilir.

Norveçin Şimal dənizindən 140 kilometr aralıda inşa edilən elektrik stansiyası ümumilikdə 11 turbindən ibarətdir.

Qeyd edək ki, elektrik stansiyası öz gücü ilə dünyanın ən böyük dəniz KES-i olmaqla yanaşı, həm də dənizdəki neft və təbii qaz platformalarını qidalandıran ilk elektrik stansiyası olması ilə fərqlənir.

Bölgədəki neft və təbii qaz platformalarının illik enerji ehtiyacının 35 faizini ödəyəcək elektrik stansiyası üçün 7,4 milyard Norveç kronu məbləğində sərmayə qoyulub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram