Müəllif: Gülnar Əhmədli, Banco.az
"Bu ilin sonuna Azərbaycanda sığorta yığımları 1 mlrd. manatı keçəcək".
Banco.az xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayev "Sığorta Festivalı" ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 761,801 milyon manat sığorta haqqı toplanılıb.
Məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda ilk dəfə 26 avqust-7 sentyabr tarixlərində "Sığorta Festivalı" təşkil olunacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!