Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-iyul aylarında icbari sığorta növlərinin hesabına 202 milyon 513 min manat sığorta haqqı yığılıb.
Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında qeyd edilib.
Hesabat ayları ərzində sığorta yığımlarının məbləği ötən ilin ilk 7 ayı ilə müqayisədə 60 milyon 723 min manat və ya 42,8% artıb.
Qeyd edək ki, icbari sığortalar üzrə ödənişlərin məbləği isə illik müqayisədə 13,4% artaraq 61,6 milyon manata çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!