Müəllif: Gülnar Əhmədli, Banco.az
Ölkədə banklar və "Azərpoçt" MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı iyul ayının sonunda ötən aya nəzərən 306 min ədəd artaraq 15 milyon 346 min ədəd təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Qeyd edilib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19.5% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 18.7%, kredit kartları üzrə 24.5% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 110 min, kredit kartları 404 min, digər kartlar isə 1.8 mln. ədəd artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!