Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək | Banco.az

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bakı Fond Birjasında 22 avqust tarixində Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.

Banco.az Birjaya istinadən xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaq.

İstiqrazların buraxılış parametrləri aşağıdakı kimidir. 

Dövlət istiqrazının növü:Kuponlu, ortamüddətli dövlət istiqrazları 

Qiymətli kağızın ISIN kodu: AZ0201040109

Emissiya həcmi: 55 000 000 manat

Nominal dəyəri : 100 manat

İstiqrazların tədavül müddəti: 1092 gün

Faiz ödənişləri (olduqda)24 oktyabr 2023-cü il, 23 aprel 2024-cü il, 22 oktyabr 2024-cü il, 22 aprel 2025-ci il və 21 oktyabr 2025-ci il,  21 aprel 2026-cı il

Faiz gəliri: 7%

Ödəmə tarixi: 21.04.2026

Anderrayter: "PAŞA Kapital İŞ" QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et