Müəllif: Tamara Mustafayeva, Banco.az
“Netflix” oyunları Kanada və Böyük Britaniyada smart televizor və kompüterlərdə sınaqdan keçirilməyə başlanıb.
Banco.az xəbər verir ki, oyunlarını hazırda istifadəçilərə təqdim etdiyi mobil telefonlara əlavə olaraq, smart televizor və kompüterlərə də inteqrasiya etməyə başlayan populyar video-yayım platformasının Netflix.com vasitəsilə PC və Mac kompüterlərini əhatə edəcək şəkildə genişləndirilməsi planlaşdırılır.
Platformanın 2021-ci ildə satın aldığı ilk oyun studiyası olan “Night School Studio”dan "Oxenfree" və qiymətli daş-mədən oyunu olan “Molehew's Mining Adventure” də daxil olmaqla, sınaq müddəti çərçivəsində ilkin olaraq istifadəçilərə iki oyun təklif olunacaq.
Qeyd edək ki, “Netflix” tərəfindən dəstəklənən televizor modelləri və cihazlarına “Amazon Fire TV”, Chromecast-la təchiz olunmuş “Google” televizorları, “LG” televizorları, “Nvidia Shield TV”, “Roku”, “Samsung”un smart televizorları və “Walmart ONN” daxildir.
Şirkətin açıqlamasında bildirilir ki, gələcəkdə beta prosesinə daha çox model əlavə olunacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!