Yunanıstanın ən böyük aviaşirkəti - “Aegean Airlines” gələn aydan Afina-Bakı-Afina marşrutu üzrə birbaşa uçuşlara başlayacaq.
Aviaşirkətə istinadən xəbər verilir ki, reyslər sentyabrın 29-dan həyata keçiriləcək.
Uçuşlar bazar ertəsi və cümə günləri yerinə yetiriləcək. Birtərəfli biletlərin qiyməti 118 avrodan başlayır.
report
Bizi sosial şəbəkələrdən izləyin!!