Müəllif: Gülnar Əhmədli, Banco.az
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) bu il üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu artırıb.
Banco.az EIA-nın aylıq hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə maye karbohidrogenlərin gündəlik tələbatı 101,19 mln. barel olacaq ki, bu, ötən proqnoz göstəricidən 0,3 mln. barel çoxdur.
Məlumata görə, gələn il maye karbohidrogenlərin gündəlik qlobal tələbatının ortalama hesabla 102,80 mln. barel olacağı ehtimal edilir.
Əlavə edək ki, ötən il maye karbohidrogenlərin gündəlik qlobal tələbatı ortalama 99,43 mln. barel səviyyəsində olub.
Bizi sosial şəbəkələrdən izləyin!!