ABŞ Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqladı | Banco.az

ABŞ Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqladı

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu il neft və digər maye karbohidrogenlərin hasilatının gündəlik 640 min barel olacağı proqnozlaşdırılır. Bu, əvvəlki proqnozla eynidir.

Banco.az xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) aylıq hesabatında qeyd olunub.

Məlumata görə, gələn il ölkədə neft və digər maye karbohidrogenlərin hasilatı gündəlik 650 min barel olacaq. Bu da öncəki proqnozla eynidir.

Hesabatda qeyd olunub ki, ötən il ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel səviyyəsində olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram