Paytaxt sakinləri I yarımildə 15 mlrd. manatlıq məhsul alıblar | Banco.az

Paytaxt sakinləri I yarımildə 15 mlrd. manatlıq məhsul alıblar

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ilin yanvar-iyun aylarında paytaxtın pərakəndə ticarət şəbəkəsində 15 080,3 milyon manat məbləğində məhsul satılıb. 

Banco.az Bakı Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin müfaviq dövrü ilə  müqayisədə 4% çoxdur. 

Məlumata görə, əhaliyə xidmət subyektləri tərəfindən 3 240,3 milyon manatlıq ödənişli xidmət göstərilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 17,5 faiz artıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et