Müəllif: Gülnar Əhmədli, Banco.az
Tikinti materiallarının istehsalı sahəsində 2023-сü ilin yanvar-iyun aylarında istehsalın ümumi dəyəri 494,6 milyon manat təşkil edib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20,3 faiz çoxdur.
Dövr ərzində tikinti gipsinin istehsalı 96,2 faiz, əhəng istehsalı 52,8 faiz, tikinti şüşəsinin istehsalı 21,7 faiz, beton istehsalı isə 14,9 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!