Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-iyun aylarında icbari sığorta növlərinin hesabına 178 milyon 289 min manat sığorta haqqı yığılıb.
Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında qeyd edilib.
Hesabat ayları ərzində sığorta yığımlarının məbləği ötən ilin ilk 6 ayı ilə müqayisədə 53 milyon 383 min manat və ya 42,7% artıb.
Qeyd edək ki, icbari sığortalar üzrə ödənişlərin məbləği isə illik müqayisədə 12,3% artaraq 50,2 milyon manata çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!