Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin birinci yarısında (yanvar-iyun ayları) İtaliyaya 3 milyard dollar dəyərində 4,9 milyon ton neft ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 598,7 milyon dollar və ya 16,6% azalıb.
İtaliyaya neft ixracının həcmi də ötən ilin yanvar-iyun aylarına nisbətdə 3,4% azalıb. Belə ki, ötən ilin eyni dövründə Azərbaycan İtaliyaya 5,9 milyon ton neft satıb.
Həcmin azalmasına baxmayaraq hesabat dövründə İtaliya Azərbaycanın ən böyük neft idxalçısı olub.
Bizi sosial şəbəkələrdən izləyin!!