Banklar 300 milyon manata yaxın depozit faizləri ödəyiblər | Banco.az

Banklar 300 milyon manata yaxın depozit faizləri ödəyiblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan banklarının depozitlər faizləri üzrə xərcləri artıb.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, banklar bu ilin birinci yarısında 288.5 milyon manatlıq depozit faizləri ödəyiblər.

Bu məbləğ 2022-ci ilin yanvar-iyun ayları (205.9 milyon manat) ilə müqayisədə 82.6 milyon manat və ya 40.1% çoxdur. 

Qeyd edək ki, bankların depozit faizləri üzrə xərcləri 2022-ci ildə 459 milyon manat, 2021-ci il əzrində isə 362,3 milyon manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et