Çinin istehsal fəaliyyəti bu ay da azalıb | Banco.az

Çinin istehsal fəaliyyəti bu ay da azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin istehsal fəaliyyəti ardıcıl dördüncü aydır ki, azalmaqdadır.

Banco.az xəbər verir ki, Çin Milli Statistika Bürosunun (NBS) açıqladığı məlumatlara görə, rəsmi satınalma menecerləri istehsal indeksi (PMI) iyul ayında 49,3 punkta geriləyib.

Ekspertlərin bu göstəricinin 49,2 punkt səviyyəsində reallaşacağını gözləyirdilər.

Qeyd edək ki, ötən ay indeks 49.0 punkt səviyyəsində olub.

İndeksin 50-dən aşağı dəyər alması sektorda daralmanı göstərir ki, bununla da, Çinin istehsal fəaliyyətində daralma artıq dördüncü ayına keçib.

Ən sərfəli kredit üçün müraciət et

İyulda qeyri-istehsal PMI isə iyunda qeydə alınan 53,2 punktla müqayisədə 51,3 punkta düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et