Yaponiya Rusiyaya nəqliyyat vasitələrinin ixracına qadağaların əhatə dairəsini genişləndirir | Banco.az

Yaponiya Rusiyaya nəqliyyat vasitələrinin ixracına qadağaların əhatə dairəsini genişləndirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Hazırda Rusiyaya dəbdəbəli avtomobillərin ixracına qadağa qoyan Yaponiyanın bu qadağanın əhatə dairəsini genişləndirdiyi bildirilib.

Banco.az xəbər verir ki, Ukrayna-Rusiya müharibəsi səbəbiylə G7 ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara uyğun olaraq, Yaponiya avtomobil ixracı qadağasının əhatə dairəsini genişləndirərək mühərrik silindrinin həcmi 1900 kubsantimetrə qədər olan yeni və işlənmiş benzin və dizel mühərrikli avtomobilləri, eləcə də elektrik və hibrid avtomobilləri buraya daxil edib.

Mövzu ilə bağıə açıqlama verən Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri Nişimura Yasutoşi sanksiyaları “beynəlxalq ictimaiyyətlə əməkdaşlıq çərçivəsində” qətiyyətlə həyata keçirəcəklərini bəyan edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Yaponiyanın Rusiyaya ixracı 2022-ci ildə əvvəlki illə müqayisədə 30 faiz azalaraq təxminən 4,3 milyard dollara enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et