Avropa Mərkəzi Bankı da faiz qərarını açıqlayıb | Banco.az

Avropa Mərkəzi Bankı da faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankı (ECB) yeni faiz artımı qərarı ilə monetar sərtləşdirmə prosesinə davam edib.

Banco.az xəbər verir ki, Avrozona ölkələrində inflyasiya hədəf səviyyədən yuxarı qalmaqda davam edərkən ECB bu dəfəki iclasında da faiz dərəcələrini artırmağa qərar verib.

Belə ki, mərkəzi bank faiz dərəcələrini 25 baza bəndi artırıb. Bu artımla depozit faiz dərəcəsi 3,75 faizə, uçot dərəcəsi 4,25 faizə, overnayt kreditləşmə dərəcəsi isə 4,50 faizə çatıb.

İqtisadçılar da faiz dərəcələrinin 25 baza bəndi artırılıcağını gözləyirdilər.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ötən ay Avrozonada inflyasiya 5,5 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et