Məşhur neft və qaz şirkətinin mənfəəti kəskin azalıb | Banco.az

Məşhur neft və qaz şirkətinin mənfəəti kəskin azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Shell”in ikinci rüb üzrə mənfəəti kəskin şəkildə azalıb.

Banco.az xəbər verir ki, Britaniyanın transmilli neft və qaz şirkəti “Shell” cari  ilin II rübündə 5,07 milyard dollar mənfəət əldə edib.

“Shell”in cari ilin ikinci rübü üzrə açıqladığı maliyyə nəticələrinə əsasən bəlli olub ki, neft və təbii qazın qiymətinin ucuzlaşması, mayeləşdirilmiş təbii qaz ticarəti və satış həcminin azalması şirkətin mənfəətinə təsir edib.

Qeyd edək ki, sözügedən dövrdə əldə olunan 5,07 milyard dollarlıq mənfəət ötən ilin eyni dövrünün 11,5 milyard dollarlıq mənfəəti ilə müqayisədə kəskin azalma deməkdir ki, bu göstərici həm də cari ilin rübündəki 9,65 milyard dollarlıq mənfəətdən xeyli geri qalıb.

Ən sərfəli kredit üçün müraciət et

Eksperlərin proqnozu isə ilin ikinci rübündə şirkətin mənfəətinin 5,8 milyard dollar olacağı istiqamətində idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram