Buğdanın qiyməti kəskin bahalaşıb | Banco.az

Buğdanın qiyməti kəskin bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyanın hücumu buğdanın qiymətinin bahalaşmasına səbəb olub.

Banco.az xəbər verir ki, taxıl dəhlizi razılaşmasından geri çəkilən Rusiya Ukraynanın logistik infrastrukturuna hücumlarını davam etdirdiyi üçün buğdanın qiyməti kəskin qalxıb.

Məlum olduğu kimi, Rusiyanın Qara dənizdəki sualtı qayığından atılan iki raket Odessa limanında infrastruktura ziyan vurub. Bu hücumdan sonra Çikaqoda buğda fyuçerslərində 1,5 faiz bahalaşıb.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin qlobal ərzaq qiymətlərinə təsirini azaltmaq üçün BMT, Rusiya, Türkiyə və Ukrayna arasında 22 iyul 2022-ci ildə Qara Dəniz Taxıl Dəhlizi Sazişi imzalanmışdı. Kremlin sözçüsü Dmitri Peskov iyulun 17-də müddəti başa çatmış Qara dəniz Taxıl Dəhlizi Sazişi ilə bağlı açıqlama verərək Rusiyanın müqavilədən çəkildiyini elan etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et