Azərbaycanda 22 nəqliyyat vasitəsi özəlləşdirilib | Banco.az

Azərbaycanda 22 nəqliyyat vasitəsi özəlləşdirilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti özəlləşdirmə hərracı keçirilib. 

Banco.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərracına çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 82 sifariş qəbul edilib, hərracda 22 nəqliyyat vasitəsi satılıb.

Hərracda “KAMAZ 65113 D3” markalı xüsusi təyinatlı nəqliyyat vasitəsinə maraq daha çox olub. Belə ki, ilkin satış qiyməti 10.000 manat olsa da, ən son təklif 18.000 manata yüksəlib. Bundan başqa, 9.000 manat ilkin satış qiyməti ilə təklif edilən “Kia Sorento” markalı nəqliyyat vasitəsi 13.200 manata satılıb.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/357Coj linki vasitəsilə tanış olmaq mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən növbəti hərraclar 1, 8 və 15 avqust tarixlərində keçiriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et