“Çin Türkiyə ilə yerli valyutada ödənişləri dəstəkləyəcək” | Banco.az

“Çin Türkiyə ilə yerli valyutada ödənişləri dəstəkləyəcək”

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Çin Türkiyə ilə yerli valyutada ödənişləri dəstəkləyəcək."

Banco.az xəbər verir ki, Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Xarici İşlər üzrə Mərkəzi Komissiyanın direktoru, xarici işlər naziri Vanq Yi Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Fidan və çinli həmkarı Vanq Yi təkbətək və nümayəndə heyətləri arasında keçirilən görüşlər zamanı ikitərəfli əlaqələri bütün aspektlərdə müzakirə ediblər.

Çin ilə ikitərəfli ticarətin daha balanslı və davamlı strukturda formalaşması və qarşılıqlı sərmayə qoyuluşunun artırılması üçün nələr edilə bilər məsələsi gündəmə gəlib.

Daha sonra Çin Xarici İşlər Nazirliyindən verilən bəyanata görə, Vanq görüşdə Çinin hər iki ölkənin ticarət müqavilələrində yerli valyutadan istifadə edən şirkətlərinə dəstək verəcəyini bildirib. 

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, Vanq Çinin Türkiyədən daha keyfiyyətli məhsullar idxal etməkdə həvəsli olduğunu bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et