Çinlə bağlı proqnozlar pisləşir | Banco.az

Çinlə bağlı proqnozlar pisləşir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Eksperlərin Çinin iqtisadi artımına dair gözləntiləri pisləşir.

Banco.az xəbər verir ki, “Wall Street” bankları Çinlə bağlı artım proqnozlarını aşağı saldıqdan sonra “Bloomberg” nəşrinin sorğusu da Çində iqtisadi perspektivin pisləşməsi ilə bağlı gözləntilərin artdığını nümayiş etdirib.

Çin hökumətinin stimullaşdırıcı təsbirlərinə baxmayaraq, orta müddətli perspektivdə iqtisadi artımın məhdudlaşdırılacağı ilə bağlı proqnozlar üstünlük təşkil etməyə başlayıb.

“Bloomberg” nəşrinin sorğusunda iştirak edən iqtisadçıların proqnozlarına görə, Çin 2023-cü ildə 5,2 faiz böyüyəcək ki, əvvəlki sorğuda bu artım 5,5 faiz səviyyəsində proqnozlaşdırılmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2024-cü il üzrə artım proqnozu da 4,9 faizdən 4,8 faizə enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et