Ölkədə nağdsız əməliyyatların həcmi 2 dəfəyədək artıb | Banco.az

Ölkədə nağdsız əməliyyatların həcmi 2 dəfəyədək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkədə ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, iyun ayında ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.8 dəfə artıb.

Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında qeyd edilib.

Hesabata görə, 2023-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3625 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 2867 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 751 mln. manatı POS-terminallar, 6 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 52.3%-ni təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et