Asiyada düyü qiymətləri kəskin bahalaşıb | Banco.az

Asiyada düyü qiymətləri kəskin bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Asiyada düyü qiymətləri ötən 3 ilin ən yüksək həddinə çatıb.

Banco.az xəbər verir ki, Hindistan düyü ixracının böyük bir hissəsini qadağan etməsi ilə Asiyada qiymətlər ötən üç ilin ən yüksək həddinə çatıb. Bu, dünyanın müxtəlif yerlərində insanların əsas ərzaq təminatı ilə bağlı narahatlıqlarını artırıb.

Tailand Düyü İxracatçıları Assosiasiyasının məlumatlarına görə, Asiya üçün etalon olan Tay ağ düyüsü 5 faiz artaraq bir tonu 572 dollara yüksəlib. Bu isə 2020-ci ilin aprelindən bəri müşahidə olunan ən yüksək qiymətdir.

Xatırladaq ki, iyulun 23-də Hindistan İstehlakçı Məsələləri və Qida Nazirliyi bəyanat yayaraq qeyri-basmati düyü növlərinin xaricə satışının dərhal dayandırılacağını elan etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et