Müəllif: Tamara Mustafayeva, Banco.az
Cənubi Koreya iqtisadiyyatı ikinci rübdə 0,9 faiz artım göstərib.
Banco.az xəbər verir ki, Cənubi Koreya Mərkəzi Bankı (BoK) tərəfindən elan olunan aparıcı məlumatlara görə, Cənubi Koreyanın ümumi daxili məhsulu (ÜDM) 2023-cü ilin II rübündə illik 0,9 faiz artıb.
İqtisadçıların proqnozu artımın 0,8 faiz səviyyəsində olacağını deyirdi.
Ölkə iqtisadiyyatı rüblük baxımdan isə 0.6 faiz artaraq 2022-ci ilin II rübündən bəri qeydə alınan ən böyük rüblük artıma nail olub. Proqnozlar artımın 0,5 faiz olacağı istiqamətində idi.
Bizi sosial şəbəkələrdən izləyin!!