BƏƏ iqtisadiyyatını 2030-cu ilə qədər ikiqat artırmağı hədəfləyir | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

BƏƏ iqtisadiyyatını 2030-cu ilə qədər ikiqat artırmağı hədəfləyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

BƏƏ-nin İqtisadiyyat naziri bəyan edib ki, ölkə 2030-cu ilə qədər ümumi daxili məhsulunu iki dəfə artıraraq 800 milyard dolları ötmək niyyətindədir.

Banco.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqtisadiyyat naziri Abdullah bin Tuk əl-Mari ölkəsinin 2030-cu ilə qədər ümumi daxili məhsulunu iki dəfə artıraraq 800 milyard ABŞ dollarına çatdırmağı hədəflədiyini bildirib.

Nazir televiziya müsahibəsində aşağıdakı ifadələrdən istifadə edib:

“2030-cu ilin sonuna qədər iqtisadiyyatımızı iki dəfə artıraraq 3 trilyon dirhəmə (817 milyard dollar) çatdırmalıyıq.”

Nazir bildirib ki, bu məqsədə nail olmaq üçün ölkə illik 7 faizlik iqtisadi artıma nail olmalıdır.

Xatırladaq ki, BƏƏ-nin Rəqabət Qabiliyyəti və Statistika üzrə Federal Mərkəzinin açıqladığı rəqəmlərə görə, ölkə iqtisadiyyatı 2022-ci ildə 7,9 faiz artaraq 1,62 trilyon dirhəmə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram