Bu ölkə ağ düyü ixracına qadağa qoyub | Banco.az

Bu ölkə ağ düyü ixracına qadağa qoyub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Hindistan ağ düyü ixracına qadağa qoyub.

Banco.az xəbər verir ki, Hindistan hökuməti daxili bazara adekvat təchizatı təmin etmək və qiymət artımının qarşısını almaq üçün müəyyən ağ düyü növünün ixracını qadağan etdiyini açıqlayıb.

İstehlak Məsələləri, Qida və İctimai Paylama Nazirliyindən cümə axşamı bildirilənə görə, qeyri-basmati ağ düyü ixracına qoyulan qadağa dərhal qüvvəyə minəcək.

Nazirliyin bəyanatında deyilir ki, ölkədə düyü qiymətlərində artım tendensiyası müşahidə olunur. Pərakəndə satış qiymətləri bir il ərzində 11,5 faiz, ötən bir ayda isə 3 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, qeyri-basmati ağ düyü Hindistanın ümumi düyü ixracının təxminən 25 faizini təşkil edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et