Şanxayın xarici ticarəti rekord vurub | Banco.az

Şanxayın xarici ticarəti rekord vurub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Şanxayın xarici ticarəti cari ilin birinci yarısında ötən illə müqayisədə 11,4 faiz artıb.

Banco.az xəbər verir ki, Çinin ən böyük şəhəri və qlobal maliyyə mərkəzi olan Şanxayda xarici ticarət 2 trilyon yuanı (təxminən 280 milyard ABŞ dolları) keçərək rekord qırıb.

Yerli gömrük işçilərinin verdiyi məlumata görə, sözügedən dövrdə xarici ticarətdəki bu əhəmiyyətli artımın yarısından çoxunu şəhərin xüsusilə özəl müəssisələri təmin edib.

Sektorun idxal və ixracında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20,7 faiz artan özəl müəssisələrin payı xarici investisiyalar və dövlət müəssisələri ilə müqayisədə daha çox olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et