ABŞ-da işsizlik müraciətləri 2 ayın ən aşağı həddinə çatıb | Banco.az

ABŞ-da işsizlik müraciətləri 2 ayın ən aşağı həddinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da işsizlik müavinəti üçün ilk dəfə müraciət edənlərin sayı iki ayın ən aşağı səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi həftəlik işsizlik müavinəti üzrə müraciətlərlə bağlı məlumatı dərc edib.

Buna görə, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 15 iyulda başa çatan həftədə əvvəlki həftə ilə müqayisədə 9 min azalaraq 228 min nəfər olub.

İqtisadçılar bu göstəricinin sözügedən dövrdə 242 min səviyyəsində reallaşacağını gözləyirdilər.

Digər tərəfdən, davam edən müraciətlər 8 iyulda sona çatan həftədə 33 min artaraq 1 milyon 754 minə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et