Yaponiyada inflyasiyanın artım tempi sürətlənib | Banco.az

Yaponiyada inflyasiyanın artım tempi sürətlənib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyada ötən ay başlıq və baza inflyasiya sürətlənib.

Banco.az xəbər verir ki, ultra-sərbəst pul siyasətinin həyata keçirildiyi Yaponiyada iyun ayında başlıq inflyasiya tempi artıb. Belə ki, ölkədə illik inflyasiya 3,3 faiz olaraq qeydə alınıb. 

İqtisadçılar inflyasiyanın 3,2 faiz səviyyəsində reallaşacağını gözləyirdilər. May ayında Yaponiyada inflyasiya 3,2 faiz təşkil edirdi.

Baza inflyasiyasında isə məhdud geriləmə müşahidə edilib. Belə ki, sözügedən dövrdə Yaponiyada təzə qida və enerji istisna olmaqla qiymətlərin illik artımı 4,2 faiz təşkil edib. May ayında bu qrupda illik artım 4,3 faiz idi.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, inflyasiya tempinin sürətlənməsinə baxmayaraq, mərkəzi bankdan gələn mesajlar yumşalmanın davam edəcəyini göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et