Çin hökuməti özəl sektoru dəstəkləməyə söz verib | Banco.az

Çin hökuməti özəl sektoru dəstəkləməyə söz verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin hökuməti özəl sektoru dəstəkləməyi, biznesləri qorumağı vəd edib.

Banco.az xəbər verir ki, Çin Kommunist Partiyası və Dövlət Şurası özəl sektorun stimullaşdırılması üçün yol xəritəsi dərc edib.

Bu barədə Çinin rəsmi “Xinhua” xəbər agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Çin özəl şirkətlərə dövlət müəssisələri kimi davranacağını vəd edib. Belə ki, hökumət özəl şirkətlərə kütləvi təkliflər, istiqrazların satışı və xarici investisiyalarda dəstəyi artıracaq.

Çin həmçinin özəl biznesləri və sahibkarları qoruyacağına və ədalətsiz məhkəmələrin qarşısını alacağına söz verib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram