Müəllif: Gülnar Əhmədli, Banco.az
ARDNF-nin investisiya portfelində bu ilin 30 iyun tarixinə istiqrazlar və pul bazarı alətləri 60.1% təşkil edib.
Banco.az bu barədə Fonda istinadən xəbər verir.
Portfelin 22.9%-ni səhmlər, 5.5%-ni daşınmaz əmlak, 11.5%-ni (101.8 ton) isə qızıl aktivləri təşkil edib.
Qeyd edək ki, Fondun yanvar-mart aylarında investisiya portfelinin 62.1%-ni istiqrazlar və pul bazarı alətləri, 19.6%-ni səhmlər, 6.2%-ni daşınmaz əmlak, 12.1%-ni qızıl aktivləri təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!