Bu il Azərbaycanda dəmir yolu ilə yük və sərinişin daşımaları artıb | Banco.az

Bu il Azərbaycanda dəmir yolu ilə yük və sərinişin daşımaları artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dəmir yolu nəqliyyatı ilə 2023-cü ilin yanvar-iyun aylarında 9,2 milyon ton yük, 3239,1 min sərnişin daşınıb.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınması 6,8 faiz, sərnişin daşınması isə 52,2 faiz artıb.

Qeyd edilib ki, orta hesabla sutkada 421 vaqon yüklənib, 415 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 21,3 min ton, Qərb istiqaməti üzrə 2,8 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram