Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi 38% artıb | Banco.az

Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi 38% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi bu ilin birinci yarısında 2 milyard 164 milyon 562 min dollar təşkil edib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 592,3 milyon dollar və ya 37,7% çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 1,5 milyard dollarlıq məhsul idxal edib. Azərbaycanın Rusiyaya ixracı isə 621,1 milyon dollara bərabər olub.

Qeyd edək ki, ötən ilin yanvar-iyun aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 1,6 milyard dollar dəyərində olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram