Neft Fondunun investisiya portfelində dolların payı nə qədərdir? | Banco.az

Neft Fondunun investisiya portfelində dolların payı nə qədərdir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dövlət Neft Fondunun (ARDNF) bu ilin 30 iyun tarixinə investisiya portfeli 54 914,25 milyon dollar təşkil edib.  

Banco.az bu barədə Fonda istinadən xəbər verir.

Fondun investisiya portfelinin xarici valyutalar üzrə bölgüsünə əsasən vəsaitlərin 69,6%-ni ABŞ dolları təşkil edir.

Məlumata görə, vəsaitlərin 19,6%-ni avro, 4,9%-i ingilis funt sterlinqi, 0,6%-i Avstraliya dolları, 0,2%-i türk lirəsi, 0,2%-i Rusiya rublu, 1%-i Çin yuanı, 1,4%-i Yapon yeni, 2,5%-ni digər valyutlar təşkil edib.

Əlavə edək ki, ABŞ dolları portfelinin 6 288,1 milyon dollarlıq hissəsini (11,5%) qızıl investisiyaları təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram