Müəllif: Gülnar Əhmədli, Banco.az
Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hərracda tələb 32,1 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilib. Bu, əvvəlki hərracla müqayisədə 66,3% çoxdur.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!