ABŞ banklarına daha sərt ipoteka qaydaları tətbiq ediləcək | Banco.az

ABŞ banklarına daha sərt ipoteka qaydaları tətbiq ediləcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ bankları beynəlxalq standartlardan daha sərt ipoteka qaydalarına tabe olacaq.

Banco.az xəbər verir ki, ABŞ tənzimləyicilərinin gələn həftə kapital adekvatlığı qaydalarında əhəmiyyətli dəyişiklikləri ehtiva edən planlarını dərc etmələri gözlənildiyi ərəfədə yekun layihədə iri bankların mənzil ipotekası üzrə öhdəliklərinin beynəlxalq standartlardan daha sərt olacağı proqnozlaşdırılır.

Dəyişikliklər maliyyə böhranından sonra həyata keçirilən Bazel III kimi tanınan qlobal sazişin ABŞ versiyasının bir hissəsi olacaq.

Qeyd edək ki, sözügedən planlar iyulun 27-də Fed, Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) və Xarici Valyuta Nəzarəti Ofisi (OCC) tərəfindən elan ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et