Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında bir sıra müqavilələr imzalanıb | Banco.az

Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında bir sıra müqavilələr imzalanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında investisiya, müdafiə sənayesi, enerji və kommunikasiya sahələrində müqavilələr imzalanıb.

Banco.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın başçılıq etdiyi nümayəndə heyətləri arasında baş tutan görüşlərdən sonra müqavilələr imzalanıb.

Türkiyə Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında birbaşa investisiyaların təşviqi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu Prezident yanında İnvestisiya İdarəsinin rəhbəri Burak Dağlıoğlu və Səudiyyə Ərəbistanının investisiya naziri Xalid Əl-Falih imzalayıblar.

Türkiyə Respublikası Rabitə Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının İnformasiya Nazirliyi arasında kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu isə Prezident Administrasiyasının kommunikasiya direktoru Fahrettin Altun və Səudiyyə Ərəbistanının media naziri Salman bin Yusuf Al-Dawsari imzalayıblar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram