"Tesla"nın elektrik pikapı istehsaldan çıxıb | Banco.az

"Tesla"nın elektrik pikapı istehsaldan çıxıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla”nın “Cybertruck” adlı elektrik pikapının (yük maşını) istehsalına başlanılıb.

Banco.az xəbər verir ki, ABŞ-ın elektromobil şirkəti “Tesla”nın futuristik görünüşə malik elektrik pikapı “Cybertruck” Texasdakı istehsal xəttindən çıxıb.

Qeyd edək ki, “Tesla”nın baş direktoru İlon Mask “Cybertruck”ı ilk dəfə 2019-cu ildə təqdim etsə də, avtomobilin istehsalı dəfələrlə gecikdirilib. Yük maşınının istehsalı və çatdırılması əvvəlcə 2021-ci ilə planlaşdırılıb, lakin “Tesla” o vaxtdan bəri təchizat komponentlərindəki çatışmazlıqları əsas gətirərək prosesi gecikdirirdi.

ABŞ-ın avtomobil araşdırma firması “Kelley Blue Book”a görə, elektrik pikapının başlanğıc qiyməti güman ki, təxminən 50 min dollar olacaq. “Cybertruck” üç fərqli modeldə istehsal ediləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram