Çin Mərkəzi Bankı faiz qərarını açıqlayıb | Banco.az

Çin Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin Xalq Bankı (mərkəzi bank) faiz dərəcəsində dəyişiklik etməyib.

Banco.az xəbər verir ki, Çin Xalq Bankı 103 milyard yuan (14,43 milyard dollar) dəyərində bir illik orta müddətli kredit verməyə başladıqdan sonra əsas ortamüddətli kredit faizlərini (MLF) dəyişməyərək 2,65 faiz səviyyəsində saxlayıb.

Mərkəzi bank bunun maliyyə institutlarının nağd pul tələblərini tam şəkildə ödəyəcəyini və "bank sistemində ağlabatan və adekvat likvidliyi" saxlayacağını bildirib.

Mərkəzi Bank həmçinin dəyişməyən 1,9 faiz dərəcəsi ilə yeddi günlük tərs repo vasitəsilə 33 milyard yuan geri satınalma əməliyyatları həyata keçirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et