Neft qiymətləri ucuzlaşmaqdadır | Banco.az

Neft qiymətləri ucuzlaşmaqdadır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Liviyada neft yatağının yenidən açılması və Çin ÜDM-nin proqnozlardan aşağı gəlməsi ilə neft ucuzlaşır.

Banco.az xəbər verir ki, Brent markalı neft cümə günü 1,8 faiz ucuzlaşdıqdan sonra yeni həftənin ilk ticarət gününə 79 dollardan aşağı qiymətlə başlayıb.

ABŞ xam neftinin bir bareli isə 74,62 dollara satılır.

Qeyd edək ki, Çində iqtisadi artım proqnozları doğrultmasa da, bununla belə, dünyanın ən böyük xam neft idxalçısında neftə olan tələbat ötən ay bir il əvvələ nəzərən 14 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram