Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiya Mərkəzi Bankının keçmiş direktoru gəlirlilik əyrisi proqramında dəyişikliklər edilə biləcəyini söyləyib.
Banco.az xəbər verir ki, Yaponiya Bankı (BOJ) bankın keçmiş direktoru Hideo Hayakavanın sözlərinə görə, bu ayki iclasında gəlirlilik əyrisi proqramını tənzimləmə ehtimalı olduğunu proqnozlaşdırıb.
“Ümid edirəm ki, bu ay gəlirlilik əyrisinə nəzarətdə bir növ düzəliş edəcəklər", deyən Hayakava, "Əgər etməsələr, bu, gülünc olardı”, deyə də əlavə edib.
Qeyd edək ki, həmçinin BOJ-un keçmiş baş iqtisadçısı olan Hayakava mərkəzi bankın bu maliyyə ili üzrə inflyasiya proqnozunu real səviyyəyə qaldırmalı olduğunu dilə gətirib.
Xatırladaq ki, Yaponiyada ərzaq və enerji istisna olmaqla, əsas istehlak inflyasiyası may ayında gözləntiləri keçərək 4,3 faiz təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!