Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-iyun aylarında 10.9 milyard kubmetr həcmində təbii qaz ixrac edib.
Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycandan ixrac edilən təbii qazın dəyəri isə 8.1 milyard ABŞ dolları təşkil edib. Cari ilin birinci yarısında ixrac edilən təbii qazın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3.5% azalıb, dəyəri isə 7.9% artıb.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 44.69% olub.
Bizi sosial şəbəkələrdən izləyin!!